1222
14:19
19 May 2019

Bu gün “TOEFL IBT” və “PTE Academic” ingilis dili imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) “TOEFL IBT” və “PTE Academic” ingilis dili imtahanları keçirilib.
DİM-dən Lent.az -a bildirilib ki, imtahanlar mərkəzin inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, növbəti “TOEFL” imtahanının iyunun 1-də keçirilməsi nəzərdə tutulur.
Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/toefl/