2189
13:56
19 May 2019

“Lənkaranski”nin ad verdiyi ƏN GƏNC QANUNİ OĞRU - DOSYE

“Qanuni oğru” anlayışı ötən əsrin ilk illərindən yaranmağa başlayıb.
Hazırda yüzlərlə qanuni oğru var. Bəs bu gün ən gənc qanuni oğru kimdir?
Lent.az -ın xarici KİV-ə istinadən məlumatına görə, ən gənc qanuni oğru əslən gürcü olan Revaz Ubilava (Revaz Cavarski) sayılır.
0, 1993-cü il aprelin 10-da Gürcüstanın Çalencix rayonunun Cvari kəndində anadan olub.
Azyaşlı olanda ailəsi ilə birlikdə Rusiyaya köç edib. 2012-ci ilin martında ilk məhkumluğunu alıb. Onda Revaz Ubilavanın üzərində narkotik vasitə olan həşiş aşkarlanıb və Smolensk vilayətindəki 1 nömrəli həbsxanada 8 ay cəza çəkib.
Həbsdən çıxdıqdan sonra Rusiyada gürcü mafiyasının ən güclü 2 qolundan biri olan “Tbilisskie” qruplaşmasının tərəfinə keçib.
2014-cü ilin yayında Türkiyədə “sxodka” keçirən “Tbilisski”lər qruplaşmasının lideri Merab Marqveladzenin təklifi ilə 3 nəfərə - İrakli Cabuaya, Mixo Calaqnoyaya və Revaz Ubilavaya “qanuni oğru” adının verilməsi haqda qərar qəbul edilib.
Həmin “sxodka”da 3 azərbaycanlı qanuni oğru da iştirak edib.
Rövşən Lənkəranski, Hacı Beylaqanski və Zaur Naxçıvanski 21 yaşlı Revaza qanuni oğru titulunun verilməsinə razılıq veriblər.
Bununla o, kriminal aləmdə ən gənc qanuni oğru titulana malik olub.
2014-cü ilin yayında MDB məkanındakı gürcü mafiyasının iki əsas qolu – “Suxumskilər” (meqrellər) və “Tbilisskilər” (gürcülər) qruplaşmaları arasında mövcud olan ənənəvi düşmənçilik daha da kəskinləşib.
21 yaşlı Ubilava çox keçmədən rəqabət halında olduqları “Suxumskilər” qruplaşması ilə üzləşməli olur. 2014-cü il oktyabrın 20-də Ubilava Moskavda yaşadığı məzildə 4 nəfərin hücumuna məruz qalır. Travmatik tapançadan açılan atəşlə qulağının bir hissəsini itirən Ubilava vəhşicəsinə döyülür.
2018-ci ildə İstanbulda qanuni oğrular arasında "sxodka” keçirilib.
Sxodkada Revaz Ubilavanın (Revaz Cavarski), Lvasoqlu Batumskinin və Lesko Qalskinin oğru adından məhrum edilməsi ilə bağlı qərar qəbul edilib.