1026
11:25
19 May 2019

Baş konsul: "Bu bayram hər iki ölkənin bayramıdır"

Bu gün Gəncədə 19 May Atatürkü Anım, Gənclik və İdman bayramı Gəncə şəhərində də qeyd edilib.
ONA -nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin, Türkiyənin Gəncədəki Baş Konsulluğu və Gəncə şəhər Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə təşkil edilən tədbirdə şəhər ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Türkiyənin Gəncədəki baş konsulluğu Zəki Öztürk Türkiyənin milli azadlıq mücadiləsindən danışıb. Baş konsul deyib ki, 19 May Atatürkü Anım, Gənclik və İdman bayramı hər iki ölkənin bayramıdır.