568
12:51
15 May 2019

Bu marşrutun hərəkəti bərpa edildi

“596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib”.
Bu barədə Lent.az -a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, Xocasən yolunun bir hissəsində təmir işləri yekunlaşdığından istiqamət bərpa edilib.
Xatırladaq ki, “Xocasən yolunda gedən təmir işləri ilə əlaqədar olaraq 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqaməti may ayının 8-də dəyişdirilmişdi.