677
09:53
15 May 2019

15 yaşlı futbolçu üçün 12 milyon avro verirlər

Fransanın “Lion” klubunun futbolçusu Rayan Çerki karyerasını İspaniyada davam etdirə bilər.
ONA -nın məlumatına görə, 15 yaşlı hücumçu Madrid “Real”ının maraq dairəsinə düşüb.
“Kral klubu” yeniyetmə futbolçu üçün 12 milyon avro ödəməyə hazırdır. 2020-ci ilin yayına qədər müqaviləsi olan forvard əvvəllər “Çelsi” (İngiltərə) və “Milan”ın (İtaliya) da transfer siyahısında olub. Lakin “Lion” hər iki komandaya imtina edib.
FİFA qaydalarına görə, R.Çerki avqustun 17-də 16 yaşlı tamam olduqdan sonra Avropa İttifaqının digər ölkəsinə keçmək hüququna malikdir.
Qeyd edək ki, Fransanın U-16 yığmasının üzvü olan hücumçu UEFA Gənclər Liqasında qol vuran ən gənc oyunçudur. O, 15 yaş 1 ay 2 günlüyündə fərqlənib.