2383
17:12
14 May 2019

Sürücülərimiz ən çox bu xətaya görə CƏRİMƏLƏNDİ - QORXUNC STATİSTİKA

"Dövlət Yol Polisi bu il ərzində Bakı şəhəri üzrə yol ayırıcısını tələblərini pozduqlarına görə, sürücülərə ümumilikdə 26510 protokol tərtib edib".

Bunu Lent.az -ın sorğusuna cavab verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

DYP sözcüsü həmçinin qeyd edib ki, işıqforunun tələbini pozan sürücülərə isə ümumilikdə 10607 protokol tərtib edilib: “Bu sadaladıqlarımdan sonra sürücülərə daha çox qarşı hərəkət zolağına çıxma, qoşa xətti tapdaladıqlarına görə protokol tərtib edilib. Məsələn, bu il ərzində bu qayda pozma ilə bağlı, 7000 protokol tərtib edilib”.

Vaqif Əsədov bildirib ki, sürücülərlə yanaşı, piyadalara da inzibati xətaya görə, cərimə yazılıb: “Bakı şəhərində bu il üzrə 17009 piyadaya cərimə protokolu tərtib edilib”.