794
08:31
14 May 2019

ABŞ-ın Alyaska ştatında iki təyyarə toqquşdu, 5 nəfər ölüb - YENİLƏNİB

ABŞ-ın Alyaska ştatındaiki təyyarənin toqquşması nəticəsində baş vermiş qəzada 5 nəfər dünyasını dəyişib.

ONA CNN-ə istinadla xəbər verir ki, ölənlərdən 1-i pilotdur.

İtkin düşənlərdən 6 nəfərdən 1-nin axtarışıhələ də davam edir.

05:23

ABŞ-ın Alyaska ştatında Alyaska ştatındaiki təyyarə toqquşub.

ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, qəza nəticəsində 10 nəfər yaralanıb, altı nəfər itkin düşüb.

ABŞ Sahil mühafizə xidmətindən bildirilib ki, təyyarə qəzasıötən gecə Ketçikan şəhəri yaxınlığında qeydə alınıb.Təyyarələrdən birində 11, digərində isə 5 nəfərin olduğu bildirilir.

Sahil mühafizə xidmətinin zabiti Con-Paul Rios deyib ki, hazırda xilasedicilər tərəfindən itkin düşənlərin axtarışı davam etdirilir.

Təyyarə qəzasınınhansı səbəbdən baş verdiyi hələlik məlum deyil.