1054
17:09
13 May 2019

“Səbail” Rahid Əmirquliyevlə anlaşmanı uzatdı

Bakının “Səbail” klubu yeni mövsümün transfer çalışmalarını davam etdirir.
ONA -nın məlumatına görə, paytaxt təmsilçisi daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.
Komanda rəhbərliyi qazanılan bürünc medalda rolu olan Rahid Əmirquliyevlə anlaşmanı uzadıb. Yarımmüdafiəçi daha bir il klubun şərəfini qoruyacaq. O, “Səbail”ə ötən mövsüm “Qarabağ”dan gəlib.
Qeyd edək ki, “Səbail” bunadək ukraynalı qapıçı Aleksandr Rıbka ilə yeni – 2 illik müqavilə bağlamışdı.