982
15:46
13 May 2019

İngiltərə Premyer Liqası: kim nə qədər qazandı?

İngiltərə Premyer Liqasında başa çatan 2018/19 mövsümündə klubların təşkilatçılardan aldığı mükafatların məbləği açıqlanıb.
ONA -nın məlumatına görə, gümüş mükafatçı “Liverpul” daha çox qazanıb.
Mersisaydlılar teleyayımdan 38,5, turnir cədvəlindəki mövqeyinə görə 42,5 milyon avro əldə ediblər. Digər 92 milyon avro hər komandaya iştirak üçün verilən vəsaitdir.
“Mançester Siti” çempion olsa da, bu göstəricidə 2-ci olub. “Çelsi” isə ən çox qazananlar siyahısında 3-cüdür.
Premyer Liqa klublarının 2018/19 mövsümündəki mükafatları (milyon avro ilə)
1. Mançester Siti - 171,7
2. Liverpul – 173
3. Çelsi – 165,9
4. Tottenhem – 165
5. Arsenal – 161,5
6. Mançester Yunayted - 161,7
7. Vulverhempton - 144
8. Everton - 145,7
9. Lester - 139,6
10. Uotford - 130,9
11. Vest Hem - 136,3
12. Kristal Pelas – 129
13. Bornmut – 124
14. Nyukasl - 133,5
15. Bёrnli - 120,9
16. Sauthempton - 117,4
17. Brayton – 119
18. Kardiff - 115,5
19. Fulhem - 114,5
20. Haddersfild - 108,5
Qeyd: ardıcıllıq turnir cədvəlindəki mövqeyinə görədir.