676
13:20
13 May 2019

İdmançılarımiz Avropa çempionatında 2 qızıl medal qazanıb

Moldovanın Orhey şəhərində qarışıq döyüş növləri üzrə Avropa çempionatı keçirilib.
ONA -nın məlumatına görə, yarışda Azərbaycanı S-1 peşəkar döyüş liqasının 5 idmançısı təmsil edib.
Həmyerlilərimizdən ikisi Avropa çempionu tituluna layiq görülüb. Əli Mirzəyev (75 kq) və Tural Əliyev (81 kq) Orheydə qızıl medal qazanıblar.
Bu nəticə komandamızı 17 ölkə arasında 3-cü edib.