685
11:52
13 May 2019

Reynaldo "Qarabağ"dan göndərildi - RƏSMİ

Azərbaycan çempionu “Qarabağ” komandası üç futbolçu ilə yollarını ayırıb.
Lent.az -ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi 2018/19 mövsümü bitdikdən sonra üç legionerlə vidalaşıb.
Bunlar polşalı Yakub Jezniçak, isveçrəli İnnosent Emeqara və braziliyalı Reynaldodur. Jezniçakın bitən müqaviləsi yenilənməyib. Emeqara və Reynaldonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.