1134
21:55
12 May 2019

Burkina-Fasoda kilsəyə hücum zamanı 6 nəfər öldürülüb

Burkina-Faso dövlətinin şimalındakı Dablo yaşayış məntəqəsində katolik kilsəsinə hücum nəticəsində, biri keşiş olmaqla, azı 6 nəfər öldürülüb.

ONA -nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, silahlı şəxslər kilsəyə dini ayinlərin əvvəlində hücum çəkib və atəş açmağa başlayıblar.

Bildirilir ki, insidentdən sonra naməlum şəxslər kilsəni, eləcə də yaxınlıqdakı mağaza və restoranı yandırıblar. Silahlı şəxslərin həmin vaxt 20-30 nəfər olduqları deyilir.

Hazırda yerli polis silahlıların axtarışını aparır.