1476
15:47
12 May 2019

Bakıdan Ufaya birbaşa uçuşlar başlayıb

"Buta Airways” loukost aviaşirkəti Bakıdan Ufaya birbaşa uçuşlara başlayıb.
ONA -nın məlumatına görə, Bakı-Ufa-Bakı aviareysi cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Bu istiqamətə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir.
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında (“Büdcə” və “Standart” tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində (“Super” tarifi ilə) əldə etmək mümkündür.
“Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür.