1594
11:31
12 May 2019

Güləşçilərimiz Dünya Seriyasında 3 medal qazandılar

Braziliyanın Rio-de-Janeyro şəhərində çimərlik güləşi üzrə lisenziya xarakterli Dünya Seriyası turniri keçirilib.
ONA -nın məlumatına görə, Azərbaycan güləşçilərindən üçü yarımfinala vəsiqə qazanıb.
Kənan Əliyev (90 kq) yarımfinalda uduzsa da, İbrahim Yusubov (80 kq) və Oyan Nəzəriani (+90 kq) finala yüksəlib. Yekunda Əliyev bürünc, Yusubovla Nəzəriani isə gümüş medal qazanıb.
Xatırladaq ki, Portuqaliyadakı yarışda olduğu kimi, bu turnirdə də toplanan lisenziya xallarına əsasən payızda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqələrin sahibləri müəyyənləşəcək.