1436
19:59
11 May 2019

Premyer Liqa: mövsümə YEKUN VURULDU

Mayın 11-də futbol üzrə Topaz Premyer Liqasının sonuncu – XXVIII turu keçirilib
Lent.az -ın məlumatına görə, tura “Səbail”-“Keşlə” oyunu ilə start verilib.
“ASCA Arena”da keçirilən oyun autsayderin qələbəsi ilə yekunlaşıb – 4:1.
“Keşlə”nin heyətində Andre Klenno, Edvinas Girdvainis, Samir Məsimov və Conatan Ayite fərqləniblər. “Səbail”in qolunu isə Oke Akpoveta vurub.
“Sabah” komandası da öz meydanında uduzub. Belə ki, “Əlincə Arena”da “Zirə”ni qəbul edən “Sabah” qapısından 3 cavabsız top buraxıb. Komandanın heyətində Xulio Sezar Rodriqez dubl edib, Robin Nqalande isə bir dəfə fərqlənib.
“Kapital Bank Arena”da isə “Sumqayıt” və “Qəbələ” komandaları qarşılaşıblar. Ülvi İsgəndərovun vurduğu yeganə qolla “Sumqayıt” meydanı qalib tərk edib.
Turun mərkəzi görüşü isə “Neftçi” və “Qarabağ” komandaları arasında olub. Ardıcıl altıncı çempionluğu ötən tur rəsmiləşdirən “Qarabağ” gümüş mükafatçı “Neftçi” ilə qarşılaşıb.
Oyunda qapılara 5 top vurulub. Hesabı 15-ci dəqiqədə “Qarabağ” açıb. Mahir Mədətovun burduğu top komandasını önə çıxarıb. 1-ci hissədə daha iki top vurulub. 2 dəqiqədə “Neftçi” iki dəfə fərqlənib. E.Mahmudov, 38-penalti (1:1), C. Sansone, 40 (2:1). Fasilədn sonra Mahir Mədətov özünün və komandasının 2-ci qolunu vurub. R.Almeydanın vurduğu top isə “Qarabağ”a qələbə gətirib: 2:3.
Beləliklə, Topaz Premyer Liqasının sonuncu – XXVIII turuna yekun vuruldu. Mövsümü “Qarabağ” 66 xalla 1-ci, “Neftçi” 58-ci xalla 2-ci, “Səbail” isə 41 xalla 3-cü yerdə başa vurdu.