1294
19:06
11 May 2019

"Neftçi"nin hücumçusu "Səbail"ə keçir? - baş məşqçidən AÇIQLAMA

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov karyerasını "Səbail"də davam etdirə bilər.
Lent.az qol.az-a istinadən bildirir ki, bu barədə "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev "Keşlə" ilə oyundan (1:4) sonra keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, futbolçunun özü ilə şifahi danışıq olub:
"Hələ ki, rəsmi formada danışıq olmayıb. Mirabdullanın özüylə danışmışıq. Qarşıdakı günlərdə bu məsələyə aydınlıq gələcək. Müqavilə şərtləri müzakirə olunduqdan sonra nəsə deyə bilərik. Ancaq belə kompensasiya ödəniləcəksə, əlbəttə ki, Mirabdullayla sözləşmə uzun müddətə imzalanacaq".
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Mirbabdullanın "ağ-qaralar"la 1 illik müqaviləsi var.