1305
17:35
11 May 2019

Anadolu Agentliyinin əməkdaşının axtarışları davam edir

Türkiyənin “Anadolu” informasiya agentliyinin əməkdaşı Əbdülqədir Nişancının axtarışları davam edir.
ONA -nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, agentliyin Bayburt bölgə müxbiri olan Ə.Nişancı ötən gün Bayburt – Trabzon arasında yerləşən Soğanlı dağında qar uçqunun təmizlənməsi vaxtı öz vəfizəsini yerinə yetirərkən uçuruma yuvarlanıb.
Aparılan axtarış-xilasetmə işləri zamanı Ə.Nişancıya məxsus olan fotokamera və sənədlər tapılıb.
Jurnalistin tapılması istiqamətində aidiyyəti dövlət orqanları birgə axtarış-xilasetmə işlərini davam etdirir.