1549
16:45
11 May 2019

UEFA "Arsenal" və "Çelsi" azarkeşlərinə bileti niyə az ayırıb?

UEFA-nın Avropa Liqasının finalı üçün “Arsenal” və “Çelsi” azarkeşlərinə yalnız 5800 bilet ayırmasının səbəbi məlum olub.
Lent.az qol.az-a istinadən xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gündəlik sərnişin qəbuletmə limitinin 15 min nəfər olması UEFA-nın London klublarının istədiyi qədər bilet ayıra bilməməsi ilə nəticələnib.
Qeyd edək ki, “Arsenal” və “Çelsi” 68 700 nəfərlik stadionda azarkeşlərinə məhdud sayda bilet ayrıldığı üçün UEFA-ya etirazını bildirib.
Xatırladaq ki, final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.