922
05:02
11 May 2019

Müğənni Britni Spirs məhkəmə zalını ayaqyalın tərk edib

Pop-ulduz Britni Spirs Los-Ancelesdə keçirilmiş məhkəmə iclasını ayaqyalın tərk edib.

Lent.az -ın “TMZ” portalına istinadən verdiyi xəbərə görə, məhkəmə qapalı şəraitdə keçirilib və orada müğənninin səhhətində yaranmış problemlər müzakirə olunub.

Bildirilir ki, məhkəmə binası qarşısında əllərində plakatlar olan çoxlu insanlar toplaşıb. Onların əllərində plakatlarda “azad Britni” sözləri yazılıb.