639
08:39
10 May 2019

Kuril adalarında və Yaponiyada güclü zəlzələ olub

Rusiya Elmlər Akademiyasının Geofizika Araşdırmalar Mərkəzinin Saxalin şöbəsi cümə günü səhər saatlarında Kuril adalarının Sakit okean sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alındığı barədə məlumat yayıb.
ONA "RİA Novosti"-yə istinadən xəbər verir ki, "5.6 bal gücündə bir zəlzələ episentri Onekotan adasının 88 kilometr şərqində 69 kilometr dərinliyində olub. Zəlzələ Paramuşir adasının rayon mərkəzində 3-4 bal gücündə hiss edilib.
Təxminən, eyni saatlarda Yaponiyada da güclü zəlzələ qeydə alınıb. 6,3 bal gücündə hiss olunan zəlzələ Kyuşu adasının cənub-şərqində qeydə alınıb. Zəlzələnin episentri Miyadzakidə 20 kilometr dərinliyində olub. Əvvəlcə sunami təhlükəsi elan olunsa da, sonradan bu xəbər təkzib edilib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.