1653
16:39
09 May 2019

Prezident İlham Əliyev Arif Məlikovla vida mərasimində iştirak edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
ONA -nın məlumatına görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.
15:03
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, birinci vitse-prezident Mehriban Əliyeva xalq artisti, bəstəkar Arif Məlikovla vida mərasimində iştirak edirlər. ONA -nın məlumatına görə, vida mərasimi Bakı Musiqi Akademiyasında keçirilir.
Qeyd edək ki, bəstəkar Arif Məlikov bu gün 86 yaşında dünyasını dəyişib. Bəstəkar I Fəxri Xiyabanda dəfn olunacaq.