1311
18:04
08 May 2019

Bakıda Britaniya filmlərinin nümayişi olacaq

Britaniyanın Azərbaycandakı səfirliyi və "Park Cinema"nın dəstəyi ilə British Council Bakıda beşinci Britaniya filmləri həftəsi keçirəcək.

Lent.az -ın məlumatına görə, mayın 17-də başlanan film həftəsi mayın 24-dək davam edəcək. Bu günlər ərzində Alov Qüllələrində Britaniya istehsalı olan 7 film nümayiş olunacaq.

Bu filmlərin arasında "Dark River", "Obey", "The Happy Prince", "Disobedience", "On Chesil Beach", "Colette" və həmçinin 2019-cu ildə “ən yaxşı şəkil” üzrə Oskara namizəd göstərilmiş “The Favourite” filmləri də var.