1351
17:31
08 May 2019

Dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib - AZAL

Bakıda dumanlı hava şəraitinin müşahidə olmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu normal rejimdə işini davam edtdirir.
Bunu ONA -ya "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, təyyarələrin qəbulu və göndərilməsi nəzərdə tutulan cədvələ uyğun həyata keçirilir.