1279
09:08
08 May 2019

Həyat yoldaşı Elnarə Abdullayevaya əl qaldırdı: "Boşansam..." - VİDEO

Əməkdar artist Elnarə Abdullayeva şəxsi həyatından danışıb. Lent.az -ın canlı yayımında qonaq olan xanəndə bildirib ki, illər öncə həyat yoldaşı ona əl qaldırıb:

“Yoldaşımla aramızda söz-söhbətlər olur. Ailə söz-söhbətsiz olmur. İllər öncə mənə bir dəfə əl qaldırıb. Ondan sonra bu hal təkrarlanmayıb. Çünki mən özüm narazılıq yaradan adam deyiləm. Aramızda nəsə olanda da məişət işlərinə görə olur. Mən ona deyə bilmərəm ki, mənə brilliantlar al. Adama deyərlər ki, sən bilmirdin kimə ərə gedirsən? Pulu hardan tapsın? Gedib oğurluq eləməlidi? Uzun müddət imkanım olmayıb. Bir ayaqqabını 12 il geyinmişəm. O vaxt toya getmişdim. Gecə saat 11-12 olardı, evə qayıtdım. Qapını açan kimi dedi ki, bu vaxt adam evə gələr? Onu da qınamıram. Çünki o ailəsində qadının o zamanda evə gəlməsini görməmişdi. Həmin an mənə əl qaldırdı. Reaksiyam çox pis oldu. Oturdum bu işin necə olduğunu ona anlatdım. Ümumiyyətlə, mən söz götürən adam deyiləm. Söylədim ki, mən qeyrətimi səndən öncə qardaşlarıma görə saxlayıram. Qardaşlarıma söz gəlməsin deyə, mən uşaqlıq illərimi tam yaxşı yaşamamışam. Yəni kimisə sevim, kimsə məni sevsin. Belə bir şeylər mənim hıyatımda heç vaxt olmayıb. Mən həyat yoldaşımdan boşansam, yenə də qardaşlarımın qeyrətiyəm. Qardaşlarım kiminsə yanında başı aşağı ola bilməz".

E.Abdullayeva daha sonra bildirib ki, ailəsinin başçısı sənətdən getməyini istəsə, gedəcək: “Həyat yoldaşım sənətdən getməyimi istəsə gedərəm. Cavan vaxtıda desəydi, qəbul edərdim. İndi o sözü deməz. Çoxları pula görə ailəsini dağıdır”.

Qeyd edək ki, E.Abdullayeva Elxan adlı bəylə evlidir. Cütlüyün bu evlilikdən bir qızı və bir oğlu var.