1319
17:51
06 May 2019

Azərbaycan Cənubi Afrikaya avtomobillərin diaqnostikası terminallarını ixrac edəcək

Cənubi Afrikadan “Azexport.az” portalı vasitəsilə yerli istehsal olan avtomobillərin kompüter diaqnostika terminallarının (“CarDoctor” terminalları) alınması ilə bağlı sifariş daxil olub. Bunu ONA -ya “CarDoctor” layihəsinin rəhbəri Azər Əliyev deyib.
Onun sözlərinə görə, terminallar barədə ətraflı məlumat əldə etmək, onların funksionalı ilə yerində tanış olmaq üçün bu ölkədən Azərbaycana nümayəndələrin gələcəyi gözlənilir.
Qeyd edək ki, “CarDoctor” terminalların həmçinin Ukrayna bazarına da ixracı gözlənilir. Hazırda terminalların interfeysi tam olaraq Ukrayna dilinə və yerli valyutanı (qrivnanın) qəbuluna tam uyğunlaşdırılıb.
Terminal vasitəsilə sürücülər avtomobillərini müstəqil şəkildə diaqnostikasını apara bilirlər. Qurğu vizual olaraq ödəmə terminallarına bənzəyir. Terminal avtomobilin əsas komponentlərində mümkün olan nasazlıqları müəyyən edir və bu məlumatlar çek şəklində çap olunaraq avtomobilin sahibinə təqdim edilir. Azərbaycanda “CarDoctor” terminalı SOCAR-ın yanacaqdoldurma stansiyalarının birində quraşdırılıb.