578
14:20
03 May 2019

Bu hərbi qulluqçuların PENSİYASI ARTIRILDI

Bu gün Milli Məclisin plenar iclasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” dəyişiklik müzakirəyə çıxarılıb.
ONA -nın məlumatına görə, hazırda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır.
Qanunvericilik təşəbbüsü hüququ subyekti bu təklifi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədi ilə təqdim edib. Layihədə təklif olunub ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın.
Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.