478
19:58
26 Aprel 2019

68 yaşlı kişini avtomobil vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Lent.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.
Xətai prospekti 25 saylı ünvanın qarşısında 1989-cu il təvəllüdlü Xanbutayev Zaur Əli oğlu idarə etdiyi "KİA Sorento" markalı avtomobillə piyada, 1951-ci il təvəllüdlü Abasov İsmayıl İbrahim oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.