413
19:37
26 Aprel 2019

Şri-Lankada daha 3 partlayış baş verdi

Şri-Lankanın şərqində Kalmunay şəhərində 3 partlayış baş verib. ONA -nın xəbərinə görə, bu barədə “News1st” nəşri ordu nümayəndəsinə istinadən yazıb. İnsidentin təfərrüatı açıqlanmayıb.
Qeyd edək ki, aprelin 21-də Şri-Lankada 8 partlayış baş verib. Nəticədə 250-260 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı deyilir. Ölənlər arasında 40-a yaxın xarici
ölkə vətəndaşı var.
Terror aktı xüsusilə kilsə və otellərdə törədilib. Partlayışlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.