517
18:19
26 Aprel 2019

“Formula-1”: Start xəttinə gecikən pilot qəza keçirdi, çıxışını başa vurdu - YENİLƏNİB

Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü 18 pilotla start götürüb.
ONA -nın məlumatına görə, ilk yürüşdə bolidi qəzaya uğrayan Corc Rossell kimi Daniil Kvyat ("Toro Rosso") da start xəttinə çıxmayıb.
Ad gününü Bakıda qeyd edən rusiyalının yarışa vaxtında qatılmamasının səbəbləri açıqlanmır. Onun avtomobilinin sükanının hidravlikası ilə bağlı problemin olduğu ehtimal edilir. İlk yürüşdə də cəmi iki dövrə vuran D.Kvyat yalnız sonradan pilotlara qoşulub. Lakin qəza törədən rusiyalının bolidində problemlər üzə çıxıb. O bu səbəbdən də çıxını başa vurub.
17:55
Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşünə qatılmayan pilotların sayı artıb.
ONA -nın məlumatına görə, ilk yürüşdə bolidi qəzaya uğrayan Corc Rossell kimi Daniil Kvyat da trasa çıxmayıb.
Doğum gününü Bakıda qeyd edən rusiyalının yarışa qatılmamaq səbəbləri açıqlanmır. Onun avtomobilinin sükanının hidravlikası ilə bağlı problemin olduğu ehtimal edilir. İlk yürüşdə də cəmi iki dövrə vurması D.Kvyatın şanslarını mənfi təsir göstərə bilər.