359
16:08
26 Aprel 2019

DYP reydi: 27 sürücüyə protokol yazıldı

Mingəçevirdə yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən sürücülərə qarşı reyd keçirilib.
ONA -nın Mingəçevir bürosunun məlumatına görə, bu gün Dövlət Yol Polisi əməkdaşları "Təmiz hava" aylığı çərçivəsində Mingəçevirin Heydər Əliyev prospektində həyata keçirdiyi reyd zamanı yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən 70-dən çox avtomobil sürücüsü saxlanılıb.
Onlardan 27-si barəsində müvafiq inzibati protokollar tərtib olunub. Bununla da təmiz hava aylığı çərçivəsində Mingəçevirdə barəsində inzibati protokol tərtib olunan sürücülərin sayı 86 nəfərə çatıb.