372
17:30
26 Aprel 2019

İlkin əlillik təyinatları azalıb

2018-ci ilin birinci rübünə nisbətən I və II dərəcə əlillik təyinatlarında 3 dəfə azalma qeydə alınıb
Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən tədbirlər cari ilin birinci rübündə də ilkin əlillik təyinatlarının sayında ciddi şəkildə azalmaya səbəb olub.
2019-cu ilin yanvar-mart aylarında nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ilkin əlillik təyin olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49% azalmaqla 5310 nəfər təşkil edib.

O cümlədən, ilkin olaraq I dərəcə əlillik təyinatı 2018-ci ilin I rübünə nisbətən 3 dəfə, II dərəcə əlillik təyinatı 3 dəfəyə yaxın, III dərəcə əlillik təyinatı 26%, sağlamlıq imkanlarının məhdudluğunun təyinatı 34% azalıb.

Dərəcə

2019-cu ilinI rübündə ilkin əlillik təyin olunanlar (nəfər)

2018-ci ilin I rübü ilə müqayisədə azalma

I dərəcə

531

66%▼

II dərəcə

2248

57%▼

III dərəcə

1078

26%▼

Sağlamlıq imkanları məhdudluğun təyinatı

1453

34%▼

CƏMİ

5310

49%▼

Əlilliyin dinamikasında özünü göstərən azalma tempi əlillik təyinatlarının aparılmasında inzibatçılığın təkmilləşdirilməsi və struktur dəyişiklikləri, əsassız göndərişlər üzrə aparılmış əlillik təyinatlarının müəyyənləşdirilərək ləğv edilməsi, ümumən bu sahədə ciddi nəzarət tədbirlərinin müsbət nəticəsidir.