683
11:22
25 Aprel 2019

Sumqayıtda fəhlənin ölümü ilə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən qətllə bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən Lent.az -a verilən məlumata görə, aprelin 24-də saat 21 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini S.Cəfərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
***
09:59
Sumqayıtda fəhlənin qətlə yetirlməsi ilə bağlı bağlı cinayət işi başlanıb.
Lent.az -ın məlumatına görə, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs 1988-ci il təvəllüdlü Cəfərov Samir Ədalət oğluna Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
****
09:22
Ötən gün şəhərdə şüşə qablar istehsal edən müəssisələrin birində ölümlə nəticələnən hadisənin təfərrüatları aydın olub.
ONA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs 1988-ci il təvəllüdlü Cəfərov Samir Ədalət oğlu polislər tərəfindən saxlanılıb.
Saxlanılan şəxs qətl törədən zamanı əlinə də xəsarət yetirib. O, polisin müşayəti ilə xəstəxanaya gətirilib və onun əlinə tikiş qoyulub.
Qətlin hansı səbəbdən törəsilməsi isə məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.