317
18:22
23 Aprel 2019

Avtomobil yandı

Qax rayonunun Fıstıqlı kəndində "QAZ" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi qismən yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.