387
17:47
22 Aprel 2019

Bakıda baş verən yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

Bu il Bakıda baş verən yol qəzalarının statistikası açıqlanıb.
ONA -nın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsində cari ilin I rübündə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində bildirilib ki, paytaxt ərazisində baş vermiş 116 yol-nəqliyyat hadisəsində 33 nəfər ölüb, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, ölənlərin sayı 36,5 faiz, xəsarət alanların sayı isə 0,9 faiz azalıb.
Yol hərəkətinə nəzarət prosesində 173.467, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 85.145, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 9.569 nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 566 inzibati xəta aşkar edilib.