373
15:22
22 Aprel 2019

Şri-Lankada DAHA BİR PARTLAYIŞ

Şri-Lankanın paytaxtı Kolomboda yenidən partlayış baş verib.
Partlayış kilsənin yaxınlığındakı yük maşınına yerləşdirilmiş partlayıcı qurğu zərərsizləşdirilərkən baş verib (Trend). Partlayış nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.
Qeyd edilir ki, həmin kilsə ötən gün partlayış baş vermiş kilsədir.
Xatırladaq ki, ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.
Partlayışlar nəticəsində ölənlərin sayı 262-ə çatır.
Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.