290
13:44
22 Aprel 2019

Maşınları soyan saxlanıldı

Avtomobillərdən sənəd, pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri tutulub.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsnin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 16-dan 20-dək olan müddətdə şəhər ərazisində 4 avtomobildən sənəd, pul və mobil telefon oğurlamaqda, habelə 1 avtomobilin yan şüşəsini sındırmaqda şübhəli bilinən Abşeron rayon sakinləri S.İsmayılov və N.Əlibəyov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.