247
13:19
22 Aprel 2019

Cibgir saxlanıldı

Soyğunçuluqda şübhəli bilinən Ucar rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, aprelin 21-də Yevlax şəhəri ərazisində naməlum şəxs Göyçay şəhər sakini olan bir qadının içərisində 28 manat olan pul kisəsini oğurlayıb.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.