234
13:26
22 Aprel 2019

Mağazadan oğurluq edən şəxs tutuldu

Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birindən oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, aprelin 21-də ticarət mərkəzlərinin birininin mağazasından naməlum şəxs gödəkcəni açıq talama yolu ilə götürüb hadisə yerini tərk edib.
Nəsim RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əbdülhadi saxlanılıb.
Araşdırmalar Rayon Polis İdarəsi tərəfindən aparılır.