651
12:42
22 Aprel 2019

“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib

Xeyirxah Platforması “Kainat” Tədris Mərkəzi və Deaf Community ilə birgə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Jest dili üzrə tərcümə olimpiadası”na qeydiyyat elan edir.
Xeyirxah Platformasından Lent.az -a verilən məlumata görə, olimpiadanın əsas məqsədi danışma və eşitmə əngəli olmayan insanlar arasında bu dilin təbliği, bununla belə, danışma və eşitmə məhdudiyyətli insanlara dəstək olunmasından ibarətdir.
Layihədə iştirak etmək üçün müraciət edənlər seçim mərhələsinə dəvət olunacaq. Seçim mərhələsini uğurla keçənlər isə yarımfinal və final mərhələsində bu dil üzrə biliklərini yoxlayacaq. Danışdığımız dildən jest dilinə və əksinə tərcümədən ibarət yarışmada münsiflər heyətinin rəyi əsasında seçilən 1, 2 və 3-cü yerin sahibləri “Kainat” Təhsil Mərkəzi tərəfindən uyğun olaraq 1000, 500 və 300 manatlıq təhsil kuponu ilə mükafatlandırılacaq.
Layihədə iştirak etmək istəyənlər mayın 5-nə qədər www.xeyirxah.com saytı üzərindən qeydiyyatdan keçə bilərlər.