264
13:08
22 Aprel 2019

Silah oğrusunun başqa cinayətləri də üzə çıxdı

Paytaxtda oğurluğa görə tutulan şəxsin başqa cinayətlərinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a bildirilib ki, oğurluq etdiyinə görə tutulan S.Məmmədovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə bu il yanvarın 2-də rayon ərazisindən “Ford” markalı avtomobili qaçırması, habelə fevralın 2-də Bakı şəhər sakini B.İsmayılovla birgə evlərin birindən 1 ədəd “İJ-58” markalı ov tüfəngi və 2 ədəd tir tüfəngini oğurlaması müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri ilə B.İsmayılov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalara başlanılıb.