361
22:44
20 Aprel 2019

"Mançester Siti" "Tottenhem"ə qalib gələrək, liderliyə yüksəldi

İngiltərə Premyer Liqasında XXXV tura start verilib.
ONA -nın məlumatına görə, turun ilk oyunun günündə 6 qarşılaşma keçirilib.
Mərkəzi görüş "Etihad" stadionunda baş tutub. "Tottenhem"i qəbul edən "Mançester Siti" 5-ci dəqiqədə vurduğu qolla rəqibinə qalib gəlib. Bu qələbə ev sahiblərini yenidən liderliyə yüksəldib.
"Uotford" isə səfərdə "Haddersfild"i məğlub etməklə, 7-ci pilləyə qalxıb.
Qeyd edək ki, tur aprelin 22-də yekunlaşacaq.
İngiltərə Premyer Liqası
XXXV tur
20 aprel
"Mançester Siti" - "Tottenhem" - 1:0
Foden, 5
"Bornmut" - "Fulhem" - 0:1
Mitroviç, 53
"Haddersfild" - "Uotford" - 1:2
Qrant, 90+3 - Deulofeu, 5, 80
"Vest Hem" - "Lester" - 2:2
Antonio, 37, Peres, 82 - Vardi, 67, Barns 90+2
"Vulverhempton" - “Brayton” – 0:0
"Nyukasl" - "Sauthempton" - 3:1
Peres, 27, 31, 86 - Lemina, 59