262
17:55
20 Aprel 2019

Yük maşını yolu keçən kişini vurdu

Ucarda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
ONA -nın yerli bürosunun xəbərinə görə, Ucar rayon sakini, 1960-cı il təvəllüdlü Səlim İsrayıl oğlu Xəlilov idarə etdiyi "QAZ-52" markalı yük maşını ilə yolu keçən piyada, Ucar rayon sakini, 1955-ci il təvəllüdlü Eldar Cəfərqulu oğlu Cavadovu vurub.
Yaralı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.