616
13:07
20 Aprel 2019

Azərbaycanda daha bir avtomobil qəzası - Ölən və yaralananlar var

Şəmkir rayonnda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, hadisə aprelin 19-da saat 15 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində baş verib. Xəbərə görə, Gəncə şəhər sakini Vüsal Nağıyevin idarə etdiyi “VAZ-21074” və Qazax rayon sakini V.İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə V.Nağıyev hadisə yerində ölüb, V.İsmayılovun isə 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.