489
19:31
19 Aprel 2019

Şəmkirdə yol qəzası: ölən və yaralananlar var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA -nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində "VAZ 2107" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Nəticədə bir nəfər ölüb, biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Xəsarət alanlardan 1987-ci il təvəllüdlü Nigar Hacıyeva və onun 6 yaşlı övladı xəstəxanaya yerləşdirilib. Qadının əri isə yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır