405
19:58
19 Aprel 2019

Milyonlarla istifadəçinin parolu şifrlənməmiş saxlanılıb - FAKT

"Instagram” xidmətinin bir neçə milyon istifadəçisinin hesab parolu şifrlənməmiş şəkildə saxlanılıb.
Lent.az ictnews-a istinadən xəbər verir ki, “Facebook” rəhbərliyi də bu faktı təsdiqləyib.
“Instagram”ın mətbuat xidmətinin əməkdaşı da məsələyə münasibət bildirib:
"Biz bu problemi aradan qaldırdıq və parolu şifrlənməmiş şəkildə saxlanılmış istifadəçilərə məlumat veriləcək".