387
10:07
19 Aprel 2019

Əyalət teatrındakı 70 yaşlı xalq artisti

Bu gün Lənkəran Dövlət Dram Teatrının aktyoru, xalq artisti Qabil Mehdixanlının 70 yaşı tamam olur.

Qabil Mehdixanlı Quliyev 1949-cu ilin 19 aprelində Cəlilabad rayonun Tahirli kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbinə qəbul olunub, bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. 1968-ci ildə arzusunun arxasınca M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinin əyani şöbəsinə daxil olub. Bu təhsil ocağında Azərbaycanın xalq artistləriƏliheydər Ələkbərovvə professor Rza Təhmasibdən dərs alıb. Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində aktyor kimi fəaliyyət göstərib. İnstitutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndəriblər. Gənc aktyor təyinat yerindən imtina edib, hərbi xidmətə yollanır və Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edir.

Xidmət illəri onun üçün böyük təcrübə olur. O burada kütləvi səhnələrin çəkilişlərində iştirak edir, kaskadyorluq sənətinin sirlərinə yiyələnir.

Bir ildən sonra hərbi xidmətini başa vurub vətənə dönür və taleyini Lənkəran Dövlət Dram Teatrına bağlayır. O vaxtdan bu əyalət teatrını səhnəsində Azərbaycan klassikasından tutmuş dünya klassik dramaturgiyasına qədər səhnəyə qoyulmuş tamaşalarda müxtəlif obrazlar yaradıb.

Kütləvi tamaşaçı onu Lənkəran teatrında hazırlanan, amma Azərbaycan teleciziyasının çəkib nümayiş etdirdiyi C. Məmmmədquluzadənin “Ölülər” əsərinin tamaşasındamn kefli İsgəndər kimi tanıyır. Biz tamaşaçılar çox kefli İsgəndərlər görmüşük, Qabil Quliyevin kefli İsgəndəri bir başq aidi.

Ailəlidir, iki qız övladı var.Xalq artistiNurəddin Mehdixanlının böyük qardaşıdır.