448
22:39
18 Aprel 2019

Bakıda daha bir yanğın

Bu gün axşam saatlarında Bakının Xətai rayonu ərazisində yanğın baş verib.
ONA -nın verdiyi xəbərə görə, yanğın A.Novruzov və Qafqaz küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, həmin ərazidə qoyulmuş məişət tullantıları konteynerində yanğın başlayıb və güclü külək nəticəsində yaxınlıqda yerləşən 58 nömrəli məktəbin həyətindəki iki şam ağaclarına da keçib.
Hadisə ilə bağlı yanğından mühafizə xidmətinə xəbər verilib və yanğın söndürülüb. Ətrafda olan digər tikililərə ziyan dəyməyib.