717
23:25
18 Aprel 2019

52 yaşlı kişi 11-ci mərtəbədən yıxılaraq öldü - FOTO - YENİLƏNİB

Bakının Binəqədi rayonunda baş vermiş bədbəxt hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
ONA -nın xəbərinə görə, mərhum Faiq Abdullayev hadisədən əvvəl sərxoş vəziyyətdə olub.
Belə ki, o, yaşadığı mənzilin eyvanında oğlu ilə birlikdə spirtli içki qəbul edib. Ehtimal olunur ki, eyvandan aşağıya əyilən zaman oradan yıxılıb.
22:13
Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində bədbəxt hadisə baş verib.
ONA -nın verdiyi xəbərə görə, 1967-ci il təvəllüdlü Faiq Abdullayev 16 mərtəbəli binanın 11-ci mərtəbəsindən yerə yıxılaraq dünyasını dəyişib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. F.Abdullayevin meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.
Faktla bağlı istintaq araşdırmalarına başlanılıb.