3029
10:59
17 Aprel 2019

Rəşad İlyasovun efirə zəngi Rüfət Axundovu ÖZÜNDƏN ÇIXARDI - EFİRDƏN GETDİ

Müğənni Rüfət Axundovun ötən gün “Hər şey daxil” verilişini niyə tərk etməsinin səbəbi məlum olub.

Lent.az -ın məlumatına görə, prodüsser Tolik verilişində bildirib ki, Rüfət əməkdar artist Rəşad İlyasovun proqrama zəng etməsindən əsəbləşərək, bu addımı atıb: “Rəşad verilişə zəng vuraraq, özünü müdafiə etdi. Həmkarına dəstək olmadı. Onun zəngindən sonra Rüfət əsəbləşdi. Mahnısını oxudu, getdi. Dedi ki, o, yenə mənə dəstək olmadı. Çoxusu bilir ki, o videoda günah kimdədir. Amma yenə də özünü ağa çıxardı. Saytlar da yazıb ki, MTRŞ-nın qərarına görə verilişdən gedib. Belə bir şey yoxdur. Biz verilişimizə gələn qonağı qovmuruq”.


Qeyd edək ki, ötən gün R.Axundov “Hər şey daxil” verilişində qonaq olan zaman R.İlyasov verilişə zəng edib və efirdə baş verən məlum hadisədən danışaraq, özünü müdafiə edib.