682
22:04
16 Aprel 2019

Özünü "əyri bina"nın damından atmaq istədi

Sumqayıtda intihara cəhd olub.
ONA-nın yerli bürosunun məlumatına görə, orta yaşlarında bir kişi şəhərin 45-ci məhəlləsində "Əyri bina" adlanan yaşayış binasının damına çıxaraq intihar etmək istəyib.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Əməliyyat başa çatıb.